AZ

Azərbaycanda kart ödənişlərində yeni limit kimlərə şamil olunacaq? Deputat açıqladı

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, ödəniş sistemlərininiştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqıtariflərinin) yuxarı həddi müəyənləşib.

İnterçeync ödəniş kartları ilə aparılan əməliyyatlar zamanıbanklar arasında tətbiq olunan komissiya növüdür.

Yuxarı hədd “Drug Stores and Pharmacies” və “Grocery Stores andSupermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılanödənişlərdə ödəniş məbləğinin 1.25, “Petrol” kateqoriyasına aid MCCkodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75, “General”kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödənişməbləğinin 1.5 faizi həddində təsdiqlənib.

Yeni qərarı Trend-ə şərh edən Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramovbildirib ki, interçeync üçün yuxarı hədlərin müəyyənləşdirilməsimüsbət haldır:

“Bu məsələ uzun müddətdir, müzakirə edilirdi. Son dövrlərxüsusilə pərakəndə ticarətlə məşğul olan sahibkarlar məhzinterçeync və pos-terminallardan istifadə haqlarının yüksəkolduğunu bildirirdilər. Aparılan monitorinqlər də göstərirdi ki, butariflərin yüksək olması sahibkarın xərcinə, xüsusən də mikro kiçikvə orta sahibkların fəaliyyətinə təsir göstərir. Çünki pərakəndəticarətlə məşğul olan sahibkarlar bu xərcləri praktik olaraq digərkiçik sahibkarlara transfer edirlər. Bu addım müəyyən mənadasahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq”.

Millət vəkilinin sözlərinə görə, təəssüf ki, tariflər yenə dəyüksəkdir:

“Bu kateqoriya üzrə sahibkarların əhəmiyyətli hissəsi “general”kateqoriyasına uyğundur. Bu kateqoriya üzrə interçeync üçün yuxarıhədd 1,5 faiz müəyyənləşib. Əksər ölkələrdə, xüsusən də Avropaİttifaqına üzv olan ölkələrdə, o cümlədən əksər region ölkələrindəbu tariflər 1 faizdən aşağıdır”.

V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın belə yüksək deyil, dahaoptimal yuxarı hədlər müəyyənləşdirməsi məqsədəuyğun olardı.

“Müəyyənləşmiş hədlər sahibkarların inkişafına dəstək olsa da,xərclərinin bu istiqamətdə kəskin azalmasına gətirib çıxarmayacaq.Mərkəzi Bankın 2026-cı il ərzində bu qərarına yenidən baxıbinterçeync üçün yuxarı hədləri azaltması məqsədəuyğun olardı”, -deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, interçeync ödəniş kartları ilə aparılanəməliyyatlar zamanı banklar arasında tətbiq olunan komissiyanövüdür. Bu komissiya birbaşa kart sahibindən deyil, əməliyyatdaiştirak edən banklar arasında hesablaşma prosesində tutulur.

Kartla ödəniş zamanı üç əsas tərəf iştirak edir: kartı təqdimedən bank (emitent), ödənişi qəbul edən tərəfin bankı (ekvayer) vəödəniş sistemi (məsələn, Visa və ya Mastercard). Müştəri kartvasitəsilə ödəniş etdikdə ekvayer bank əməliyyatı icra edir vəmüəyyən faiz həcmində vəsaiti emitent banka ötürür. Məhz bu məbləğinterçeync komissiyası adlanır.

İnterçeync haqqı adətən əməliyyat məbləğinin kiçik bir hissəsinitəşkil edir və onun səviyyəsi ölkədən, kart növündən və əməliyyatınxüsusiyyətlərindən asılı olaraq dəyişir. Bu komissiya əsasənticarət obyektləri tərəfindən ödənilir.

Nəticə etibarilə, interçeync birbaşa vətəndaşdan tutulmasa da,ticarət obyektləri bu xərcləri qiymətlərə daxil edə bildiyindəndolayı şəkildə istehlakçılara təsir göstərə bilər.

Seçilən
13
6
az.trend.az

7Mənbələr