AZ

Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq?

Xəbər verdiyimiz kimi, ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi müəyənləşib.

İnterçeync ödəniş kartları ilə aparılan əməliyyatlar zamanı banklar arasında tətbiq olunan komissiya növüdür.

Yuxarı hədd “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25, “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75, “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi həddində təsdiqlənib.

Publika.az xəbər verir ki, yeni qərarı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Trend-ə şərh edib. O bildirib ki, interçeync üçün yuxarı hədlərin müəyyənləşdirilməsi müsbət haldır:

“Bu məsələ uzun müddətdir, müzakirə edilirdi. Son dövrlər xüsusilə pərakəndə ticarətlə məşğul olan sahibkarlar məhz interçeync və pos-terminallardan istifadə haqlarının yüksək olduğunu bildirirdilər. Aparılan monitorinqlər də göstərirdi ki, bu tariflərin yüksək olması sahibkarın xərcinə, xüsusən də mikro kiçik və orta sahibkların fəaliyyətinə təsir göstərir. Çünki pərakəndə ticarətlə məşğul olan sahibkarlar bu xərcləri praktik olaraq digər kiçik sahibkarlara transfer edirlər. Bu addım müəyyən mənada sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq”.

Seçilən
0
6
publika.az

7Mənbələr