ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslamabadda keçirilən danışıqlar zamanı Amerika nümayəndə heyətini heyran edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post ” (VP) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“İslamabaddakı danışıqlar gözlənildiyi kimi sərt bir tonda başladı: ABŞ vitse-prezidenti Ceyms Di Vens və Parlament sədri Qalibaf öz mövqelərini açıqladılar.
Lakin uzun saatlar davam edən müzakirələrdən sonra Qalibaf Amerika komandasını təcrübəli və peşəkar danışıqçı, eləcə də “yeni İranın potensial lideri” kimi heyran etdi”, – deyə agentliyin mənbələri bildirib.
Qeyd edək ki, Ağ Ev M.B.Qalibafı potensial İran lideri kimi görür.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.