Jurnalist Elnur Hidayətoğluna vəzifə verilib.
Ölkə.Az xəbər verir ki, o, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri təyin olunub.
Qeyd edək ki, bundan əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Zamira Adilova idi. O, bir neçə gün əvvəl işindən ayrıldığını açıqlayıb.
E.Hidayətoğlu isə sözügedən qurumda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdi.
Billurə Yunus
