Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 13 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti qanvermə aksiyası təşkil olunub.
Bu barədə AZƏRTAC-a ETSN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədi daşıyan aksiyada nazirliyin əməkdaşları iştirak ediblər. Qanvermə prosesi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən həyata keçirilib. Qan götürülməzdən əvvəl hər bir donorun sağlamlıq vəziyyəti yoxlanılıb.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.