GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ChatGPT-yə müraciətlərin artdığı bir dövrdə daha bir mövzu yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər süni intellekt platforması olan ChatGPT-dən dini mövzularda suallar verməyin düzgün olmadığını qeyd edirlər. Onların fikrincə, bu, dini baxımdan düzgün sayılmaya və yanlış, çaşdırıcı məlumatların yayılmasına səbəb ola bilər.
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, adətən istər dini, istərsə də dünyəvi suallarımızı özümüzdən daha bilgili insanlara vermək məcburiyyətindəyik:
“ChatGpt-dən öncə insanlar hər hansısa bilmədikləri sualları “Google” yazır və insanlar tərəfindən oraya yerləşdirilmiş bilgiləri əldə etmiş olurdular. Təbii ki, indi də bu üsuldan istifadə edən insanlar az deyil.
ChatGpt-yə gəldikdə, burada da verdiyimiz suallara doğru cavab almağımız mümkündür. Amma yaxşı olar ki, biz alimləri tərk edib ancaq sosial vasitələrdən istifadə etməyək. Çünki insanı əvəz edəcək bütün mükəmməl görünən bilgi mənbələrinin yenə də hər hasısa elmli bir insan tərəfindən izahına ehtiyac var”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.