AZ

Bakıda Pakistan nümayəndə heyətinin tələbələrlə görüşü keçirilib

Bakı. Trend:

Bakıda Azərbaycan Dillər Universitetində tələbələrin Pakistannümayəndə heyəti ilə görüşü keçirilib.

Trend xəbər verirki, tədbir Pakistan Mədəniyyət Mərkəzində baş tutub.

Pakistan nümayəndə heyətinin tərkibinə İnsan Hüquqları üzrəNazirliyin parlament katibi Saba Sadik və nazirliyin katibi AbdulXalik Şeyx daxil olub.

Abdul Xalik Şeyx bildirib ki, Mərkəzi ziyarət etmək vətələbələrlə ünsiyyət qurmaq imkanından məmnundur. Onun sözlərinəgörə, gənclərin Pakistan mədəniyyəti ilə tanış olmaq, dünyagörüşünügenişləndirmək və inkişaf etdirmək imkanının olması önəmlidir.

O vurğulayıb ki, bu kimi təşəbbüslər Pakistanın dəstəyi ilə, ocümlədən insan hüquqları sahəsində həyata keçirilir. Onun sözlərinəgörə, xüsusi diqqət uşaq hüquqlarının qorunmasına və onların rifahiçində inkişafı üçün şəraitin yaradılmasına yönəldilir.

“Burada olmaqdan və sizinlə görüşməkdən böyük şərəf duyuruq. Bizhesab edirik ki, uşaqların müdafiəsi məsələləri o cümlədənparlament səviyyəsində diqqət mərkəzində qalmalıdır”,- deyə AbdulXalik Şeyx əlavə edib.

Saba Sadik isə öz növbəsində bildirib ki, Pakistan YaxınŞərqdəki münaqişənin tənzimlənməsi istiqamətində səylərgöstərir.

“Biz tərəflərin danışıqlar masasına əyləşməsi üçün çalışdıq. Buprosesdə bizi müxtəlif regionlardan olan ölkələr dəstəklədi.Qarşıdurmada olan iki tərəf dialoqa başlaya bildi - bu, birgəsəylər və əməkdaşlıq ruhu sayəsində mümkün oldu. Danışıqlar baştutdu, lakin hələlik yekun razılaşma əldə olunmayıb”, - deyə obildirib.

Onun sözlərinə görə, ABŞ-nin da iştirakı ilə davam edən hazırkıproses gələcəkdə konkret nəticələrə gətirib çıxara bilər. Ovurğulayıb ki, Pakistan regiondakı münaqişənin davam etməməsinə vəsülh yolu ilə həll olunmasına çalışır.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr