AZ

XIV Leo: Donald Trampla polemikaya girmək istəmirəm » AzadMedia.az


Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına tənqidlərinə münasibət bildirib.

AFP-nin xəbərinə görə, Əlcəzairə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib.

“Mən onunla (Trampla) polemikaya girmək istəmirəm. Mesaj eynidir - sülhü təşviq etmək”, – Roma Papası əlavə edib.

Qeyd edək ki, Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.

“Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir”, - Tramp bildirib.

Tramp xüsusən Roma Papasının ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazılığını dilə gətirib.
Seçilən
5
9
azadmedia.az

10Mənbələr