Deputat bu cür iddiaları "xarici tapşırıq" əsasında hazırlanan qarayaxma kampaniyası adlandırıb. Maçavariani qeyd edib ki, Tina Xidaşeli və Georgi Kandelaki kimi şəxslər maliyyə qarşılığında ölkəni nüfuzdan salan hesabatlar hazırlayırlar. O, analoji ittihamların bir neçə il əvvəl Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı da səsləndiyini, lakin beynəlxalq koordinatorların bu yalanları təkzib etdiyini xatırladıb. Deputatın sözlərinə görə, siyasi reytinqləri sıfıra enən bu şəxslər məsuliyyətdən qaçacaqlarını düşünsələr də, həqiqət tezliklə üzə çıxacaq və bu növbəti yalan kampaniyası da iflasa uğrayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31