AZ

Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığı üzrə seminar keçirilib (FOTO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığınınartırılması məqsədilə “Müasir yatırım imkanları” mövzusunda seminartəşkil olunub.Tədbirdə universitetin professor-müəllim heyəti vətələbələr fəal iştirak ediblər.

Seminar çərçivəsində “InvestAZ İnvestisiya Şirkəti” QSC-ninTədris və Analitika departamentinin baş mütəxəssisi, PhD RövşənMəmmədov çıxış edərək maliyyə bazarlarında risklərin idarəolunması, investisiya strategiyalarının qurulması və birjamexanizmləri haqqında ətraflı məlumat verib.

Daha sonra şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayevrəqəmsal aktivlər və kriptovalyutaların iqtisadi əsaslarımövzusunda təqdimatla çıxış edib.

Seminar interaktiv müzakirələrlə davam edib və tələbələrinsualları cavablandırılıb. Tədbir iştirakçılar tərəfindən yüksəkmaraqla qarşılanıb.

Mingəçevir
Mingəçevir
Mingəçevir
Seçilən
19
az.trend.az

1Mənbələr