AZ

Rusiya XİN rəhbəri Çinə səfər edəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Pekin, 13 aprel, AZƏRTAC

Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov aprelin 14-15-də Çində səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Quo Ciakun media brifinqində bildirib.

Çin xarici işlər naziri Van İnin dəvəti əsasında baş tutacaq səfər zamanı XİN rəhbərlərinin danışıqlarında ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə əməkdaşlıq, ortaq maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
7
azertag.az

10Mənbələr