AZ

Rusiya XİN rəhbəri Çinə səfər edəcək

Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov aprelin 14-15-də Çində səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Quo Ciakun media brifinqində bildirib.

Çin xarici işlər naziri Van İnin dəvəti əsasında baş tutacaq səfər zamanı XİN rəhbərlərinin danışıqlarında ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə əməkdaşlıq, ortaq maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Seçilən
12
7
yeniazerbaycan.com

10Mənbələr