"Lakin audit nəticələri göstərir ki, yalnız proseslərin elektronlaşması problemi tam həll etmir. Satınalan təşkilatın fəaliyyəti də mövcud problemlərin həllinə kömək etməlidir. Sadalanan pozuntular göstərir ki, satınalma şərtlərinin manipulyasiya və təchizatçıların davranışlarının kordinasiya edilməsi halları üzrə risklər mövcuddur. Bu isə rəqabətin formal imitasiyası ilə nəticələnir, dövlət satınalmalarında qanunvericiliyə əməl edilmə şəratində isə satınalmaların səmərəliliyi üçün ehtiyaclar nəzərə alınmır və heç də həmişə ucuz qiymətlər peşəkar alışlar hesab edilə bilinməz. 2025-ci ilin İş Planına uyğun olaraq keçirilmiş 15 audit və analitik fəaliyyətdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İnvestisiya xərclərinin əsaslı xərclərdə payı yüksəkdir. 12 sifarişçi üzrə 42 layihə və 132 müqavilənin auditini həyata keçirmişik", - deyə Palata sədri vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta