AZ

"Proseslərin elektronlaşması problemi tam həll etmir" - Vüqar Gülməmmədov

"Son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və inzibatçılığın gücləndirilməsi sahəsində bir sıra islahatlar həyata keçirilib. Əvvəlki illərə nisbətən satınalma mədəniyyəti qismən formalaşıb. Elektron satınalmaların həcmində əhəmiyyətli dəyişikliklər var".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Lakin audit nəticələri göstərir ki, yalnız proseslərin elektronlaşması problemi tam həll etmir. Satınalan təşkilatın fəaliyyəti də mövcud problemlərin həllinə kömək etməlidir. Sadalanan pozuntular göstərir ki, satınalma şərtlərinin manipulyasiya və təchizatçıların davranışlarının kordinasiya edilməsi halları üzrə risklər mövcuddur. Bu isə rəqabətin formal imitasiyası ilə nəticələnir, dövlət satınalmalarında  qanunvericiliyə əməl edilmə şəratində isə satınalmaların səmərəliliyi üçün  ehtiyaclar nəzərə alınmır və heç də həmişə ucuz qiymətlər peşəkar alışlar hesab edilə bilinməz. 2025-ci ilin İş Planına uyğun olaraq keçirilmiş 15 audit və analitik fəaliyyətdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İnvestisiya xərclərinin əsaslı xərclərdə payı yüksəkdir. 12 sifarişçi üzrə 42 layihə və 132 müqavilənin auditini həyata keçirmişik", - deyə Palata sədri vurğulayıb.

Seçilən
1
4
adalet.az

10Mənbələr