AZ

“Mossad”a yeni rəhbər təyin edildi


İsrail Baş naziri Binyamin Netanyahunun hərbi katibi general-mayor Roman Hoffman İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri təyin edilib.
Yeniavaz.com
“The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə İsrail hökumətinin ofisi məlumat yayıb.
Nəşrin məlumatına görə, baş nazir öz köməkçisini təyin edən rəsmi sənəd imzalayıb.
Sənədə görə, Hoffman vəzifəsinin icrasına iyunun 2-də başlayacaq və beş il kəşfiyyat xidmətinə rəhbərlik edəcək.
Qeyd edək ki, “Mossad”ın əvvəlki rəhbəri David Barnea 2021-ci ilin may ayından bəri Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edib.
Seçilən
17
yeniavaz.com

1Mənbələr