AZ

Hizbullah silahları yerə qoyur?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Livan ordusu “Hizbullah“ın tərksilahında iştirak etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu hərəkatın siyasi şurasının sədr müavini Mahmud Komati deyib.

“Ümumiyyətlə, heç kim “Hizbullah”ı tərksilah edə bilməyəcək. Bu, qeyri-mümkün bir işdir”, – deyə o bildirib.

Komati Livan ordusunun “Hizbullah”ın tərksilah edilməsi məsələsində hökuməti dəstəkləməyəcəyini vurğulayıb.

Qeyd edək ki, aprelin 11-də “Əl-Hadath” televiziya kanalındakı mənbə İsrail və Livan arasında səfirlik danışıqlarının 14 apreldə Vaşinqtonda keçiriləcəyini bildirib. Mənbənin sözlərinə görə, ABŞ Livanın paytaxtı Beyrutun həmin tarixə qədər hücumlardan qorunacağına zəmanət verib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
globalinfo.az

2Mənbələr