AZ

“Hizbullah” silahları yerə qoyur?

"Livan ordusu "Hizbullah"ın tərksilahında iştirak etməyəcək".Globalinfo.az xəbər verir ki, bunu hərəkatın siyasi şurasının sədr müavini Mahmud Komati deyib."Ümumiyyətlə, heç kim "Hizbullah"ı tərksilah edə bilməyəcək. Bu, qeyri-mümkün bir işdir", - deyə o bildirib.Komati Livan ordusunun "Hizbullah"ın tərksilah edilməsi məsələsində hökuməti dəstəkləməyəcəyini vurğulayıb. Qeyd edək ki, aprelin 11-də "Əl-Hadath" televiziya kanalındakı mənbə İsrail və Livan arasında səfirlik danışıqlarının 14 apreldə Vaşinqtonda keçiriləcəyini bildirib. Mənbənin sözlərinə görə, ABŞ Livanın paytaxtı Beyrutun həmin tarixə qədər hücumlardan qorunacağına zəmanət verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr