AZ

Vəfa Şərifovadan şəxsi həyatı ilə bağlı etiraf: “2 ildir ki...” VİDEO

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vəfa Şərifova övladlarının atası, iş adamı Famil Xəlilovla münasibətinə aydınlıq gətirib.

"Cebheinfo.az" xəbər verir ki, ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib:

“Bəzən fikirlərimi düzgün çatdıra bilməmişəm. Bu baxımdan da hərdən yanlış anlaşılmışam. Həyatımda heç kim yoxdur. Artıq 2 ildir ki, o şəxs yanımda deyil. Mənim övladlarımın atası ilə münasibəti çox yaxşıdır. Ümumiyyətlə, o, insan kimi də çox gözəl insandır, ata kimi də çox gözəl atadır. Sadəcə bu, elə bir məsələdir ki, uşaqlara başa salıram: “Qızım, biz birlikdə deyilik, birlikdə olanda dalaşırıq”. O da yavaş-yavaş başa düşür. Bəzən atasını istəyir, bəzən uşaqlarda bizi barışdırmaq kimi fikirlər olur”.

Xatırladaq ki, Vəfa Şərifova ilə Famil Xəlilovun rəsmi nikahı olmayıb. Müğənni bu barədə daha əvvəl də müxtəlif televiziya proqramlarında açıqlamalar verib. Onların bu münasibətdən bir qız və bir oğul övladı var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
4
cebheinfo.az

5Mənbələr