Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib. Onun həyat yoldaşı və övladı da saxlanılıb və onların deportasiyası gözlənilir. Məlumata görə, ailə 2014-cü ildən ABŞ-da yaşayırdı və 2016-cı ildə daimi yaşayış icazəsi (green kart) almışdı.
Bu, ilk belə hadisə deyil. Daha əvvəl ABŞ 2020-ci ildə öldürülən iranlı general Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin də yaşıl kartlarını ləğv etmişdi. Bundan başqa, ABŞ-ın hərbi əməliyyatı nəticəsində öldürülən İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin qızı və onun həyat yoldaşının da daimi yaşayış statusu ləğv edilib və onların ABŞ-a girişinə qadağa qoyulub.