AZ

Bu şəxslərin green kartları LƏĞV EDİLİB

ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın (2017–2021) oğlu İsa Haşeminin yaşıl kartını ləğv edib və onu saxlayıb.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat verib. Onun həyat yoldaşı və övladı da saxlanılıb və onların deportasiyası gözlənilir.

Məlumata görə, ailə 2014-cü ildən ABŞ-da yaşayırdı və 2016-cı ildə daimi yaşayış icazəsi (green kart) almışdı.

Bu, ilk belə hadisə deyil. Daha əvvəl ABŞ 2020-ci ildə öldürülən iranlı general Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin də yaşıl kartlarını ləğv etmişdi. Bundan başqa, ABŞ-ın hərbi əməliyyatı nəticəsində öldürülən İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin qızı və onun həyat yoldaşının da daimi yaşayış statusu ləğv edilib və onların ABŞ-a girişinə qadağa qoyulub./Ajans.az

Seçilən
0
2
musavat.com

3Mənbələr