GƏNCƏ, 13 aprel. TELEQRAF
Gəncədə 6 il əvvəl meyiti tapılmış 70 yaşlı kişinin qətlə yetirildiyi məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1956-cı il təvəllüdlü Əli Mahmudovun meyiti 2020-ci ildə yaşadığı evdə aşkar edilmişdi.
Prokurorluq və polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı mərhumun qətlə yetirildiyi məlum olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.