AZ

Qardaşı İkardi ilə münasibətindən danışdı: Vanda Naranın təsiri ilə...

Argentinalı futbolçu Mauro İkardinin qardaşı Quido jurnalistlərə "Qalatasaray"ın üzvü ilə münasibətlərindən danışıb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Mauroya Vanda Nara ilə evlilik mənfi təsir göstərib. Bu səbəbdən futbolçu ailəsinə qarşı diqqətsiz olub:

“Mauronu pul və uğur dəyişdi. Biz kasıb, sadə bir ailədən çıxmışıq. Ayrılığımız isə birlikdə brend yaratmaq barədə razılaşdığımız vaxt baş verdi, amma o, sonradan bunu sadəcə unutdu. Vandanın təsiri ilə bizdən getdikcə daha çox uzaqlaşdı”.

Xatırladaq ki, Mauro İkardi 2023-cü ildən Türkiyə klubunun formasını geyinir. O, ötən il Vanda Naradan ayrılıb.

Seçilən
23
publika.az

1Mənbələr