AZ

Zelenski Madyarı seçkidə qələbə münasibətilə təbrik etdi

“Peter Madyarı və TISZA partiyasını inamlı qələbə münasibətilə təbrik edirəm. Konstruktiv yanaşmanın qalib gəlməsi vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna həmişə Avropanın bütün ölkələri ilə mehriban qonşuluq münasibətlərinə can atıb:
 

“Biz Macarıstanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Avropa və hər bir Avropa dövləti daha güclü olmalıdır, milyonlarla avropalı isə əməkdaşlıq və sabitliyə can atır.


Biz hər iki xalqın rifahı, eləcə də Avropada sülh, təhlükəsizlik və sabitlik naminə görüşlərə və birgə konstruktiv işə hazırıq”.

Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr