AZ

ABŞ Mərkəzi Komandanlığı İran limanlarının blokadasına başlayacağını açıqlayıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 13 aprel, AZƏRTAC

ABŞ Mərkəzi Komandanlığı bazar ertəsi günü ABŞ vaxtı ilə saat 10:00-da (Azərbaycan vaxtı ilə 18:00) İran limanlarının blokadasına başlayacağını açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, Mərkəzi Komandanlıq blokadanın İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə tətbiq olunacağını bildirib.

Qeyd olunub ki, İrana aid olmayan limanlararası hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
3
azertag.az

4Mənbələr