ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 13 aprel, AZƏRTAC
ABŞ Mərkəzi Komandanlığı bazar ertəsi günü ABŞ vaxtı ilə saat 10:00-da (Azərbaycan vaxtı ilə 18:00) İran limanlarının blokadasına başlayacağını açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, Mərkəzi Komandanlıq blokadanın İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə tətbiq olunacağını bildirib.
Qeyd olunub ki, İrana aid olmayan limanlararası hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.