AZ

3 yeniyetmə dəm qazından boğuldu

Qazaxda ikisi yeniyetmə olmaqla, 3 nəfər dəm qazından zəhərlənib.

AzEdu.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakinləri - 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.

Seçilən
15
12
azedu.az

10Mənbələr