İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının yaydığı məlumata görə, Hofmanın namizədliyi yüksək vəzifələrə təyinatlar üzrə məsləhət komitəsi tərəfindən təsdiqlənib.
Hofmanın vəzifəyə nə zaman başlayacağı da məlumdur. O, hazırkı direktor David Barneanın səlahiyyət müddəti bitdikdən sonra, 2 iyun 2026-cı ildə rəsmi olaraq vəzifəyə başlayacaq.
R.Hofman kimdir?