AZ

Macarıstanda Viktor Orban dövrü başa çatır Seçkini uduzdu

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri müəyyənləşib.

525.az xəbər verir ki, Macarıstan Milli Seçki Bürosunun məlumatına görə, bülletenlərin təxminən 72 faizi hesablanıb. İlkin nəticələrə görə, Baş nazir Viktor Orban seçkilərdə uduzub.

Bildirilir ki, Orban artıq böyük fərqlə liderlik edən “Tisa” partiyasının lideri Peter Maqyara telefonla zəng edərək onu qələbəsi münasibətilə təbrik edib.

İlkin nəticələr göstərir ki, “Tisa” partiyası hazırda səslərin 53 faizini, Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fides” isə 38 faizini qazanıb.

Peter Maqyar

Bu nəticələrə əsasən, Maqyarın rəhbərlik etdiyi “Tisa” partiyası 199 yerlik parlamentdə 138 yer qazanır.

Səs limini keçərək parlamentə daxil olacağı gözlənilən üçüncü partiya “Mi Hazank” isə 7 yer qazanacaq.

Qeyd edək ki, parlamentdə ən azı 100 yerə çatan partiya hökuməti qura biləcək. Konstitusiya çoxluğu üçün 133 yer lazımdır.

Qeyd edək ki, vətəndaşlar ölkə üzrə 10 047 seçki məntəqəsində səs veriblər, seçici fəallığı 77,80 faiz olub.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
525.az

1Mənbələr