AZ

Orban rəqib “Tisa” partiyasını qələbə münasibətilə təbrik etdi

Macarıstanın Baş naziri Viktor Orban rəqib “Tisa” partiyasını qələbə münasibətilə təbrik edib.

 

Bu barədə "Reuters" məlumat yayıb.

 

Məlumata görə, səslərin 60,24%-i sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.

 

Hakim “Fides” koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb.

 

“Tisa”nın lideri Peter Macar "X" sosial şəbəkəsində yazıb ki, Orban ona zəng edərək, təbrik edib.

 

APA

Tarix: 12 Aprel 2026, 23:48   
Seçilən
18
4
pravda.az

10Mənbələr