AZ

İrana ağır zərbə: ABŞ ordusu Hörmüzü blokadaya almağa başladı

ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüz boğazından keçən bütün gəmilərin hərəkətini bloklamağa başlayır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz sosial media hesabında paylaşım edib.

Tramp qeyd edib ki, bu addım İranın regionda həyata keçirdiyi "nüvə şantajına" və beynəlxalq gəmiçilik üçün yaratdığı mina təhlükəsinə cavabdır:

“Rəsmi Vaşinqton heç bir şantaj cəhdini qəbul etməyəcək. Beynəlxalq sularda İrana qanunsuz rüsum ödəyən gəmilər müəyyən edilərək saxlanılacaq. Qanunsuz yollarla İranı maliyyələşdirən heç bir vasitəyə dənizdə təhlükəsiz keçid imkanı verilməyəcək. ABŞ ordusu boğazdakı İran minalarının məhv edilməsinə başlayır”.

O vurğulanıb ki, İranın hərbi infrastrukturu və hava hücumundan müdafiə sistemləri artıq sıradan çıxarılıb.

Seçilən
1
3
publika.az

10Mənbələr