AZ

Toni Kroos "Real"a dönür

"Real Madrid" Toni Kroosu yenidən kluba qaytarmaq variantını nəzərdən keçirir.

Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb. 

Mənbənin məlumatına görə, Madrid klubu keçmiş yarımmüdafiəçini gələn mövsümdən etibarən heyətinə qatmaq istəyir, lakin onun hansı vəzifədə çalışacağını hələ müəyyənləşdirməyib.

Klub Kroosun "Real Madrid" sistemindəki iştirakı sayəsində gündəlik işlərdə və idman istiqamətinin inkişafında kömək edəcəyinə inanır.

Kroos "Real Madrid" və alman futbolçunun geri dönüşü ideyasını dəstəkləyən prezident Florentino Peres ilə yaxşı münasibətləri var.

2014-cü ildən "Real Madrid"də oynayan Kroos 2024-cü ilin yayında karyerasını bitirib..

Seçilən
3
8
fanat.az

10Mənbələr