AZ

Premyer Liqa: “Qəbələ” “İmişli”yə məğlub oldu

BAKI, 12 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVII turunda “Qəbələ” və “İmişli” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.

Bu nəticədən sonra Jorj Kaşkilyanın komandası 26 xalla turnir cədvəlinin 9-cu, Kaxaber Tsxadadzenin kollektivi isə 19 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Turan Tovuz” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Seçilən
24
2
teleqraf.com

3Mənbələr