AZ

“Qəbələ” “İmişli”yə məğlub oldu

Azərbaycan Premyer Liqasının XXVII turunda “Qəbələ” və “İmişli” komandaları üz-üzə gəlib.

Publika.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.

Bu nəticədən sonra Jorj Kaşkilyanın komandası 26 xalla turnir cədvəlinin 9-cu, Kaxaber Tsxadadzenin kollektivi isə 19 xalla 11-ci pillədə qərarlaşıb.

Seçilən
9
2
publika.az

3Mənbələr