AZ

Marketdən oğurluq edən şəxs saxlanıldı

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birindən 420 manat pul və 3000 manat dəyərində tütün məmulatını talayıb.

Binəqədi RPİ 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Şirinov müəyyən edilərək saxlanılıb.

Seçilən
0
6
publika.az

10Mənbələr