Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birindən 420 manat pul və 3000 manat dəyərində tütün məmulatını talayıb.
Binəqədi RPİ 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Şirinov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.