AZ

Cəmi bir neçə kilometr! – Kremldən anons

Rusiya və Ukrayna arasındakı ərazi mübahisələri hazırda cəmi bir neçə kilometrlik sahəyə qədər daralıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın vitse-prezidenti Cey Di Vensin tərəflərin kiçik torpaq sahələri üzərində fokuslandığı barədə fikirlərini bu sözlərlə təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, Peskov hazırkı mərhələdə mübahisənin müəyyən istiqamətlərdə cəmi bir neçə kvadrat kilometr ərazi üzərində getdiyini qeyd edib. O bildirib ki, hərbi hədəflərə çatmaq üçün çox az məsafə qalıb.

“Söhbət həqiqətən də sayılan kilometrlərdən gedir. Donetsk vilayətinin təxminən 17-18%-i qalıb ki, bu ərazilərin də nəzarətə götürülməsi inzibati sərhədlərə çıxmaq anlamına gəlir”, – deyə Kreml rəsmisi vurğulayıb.

Sara,
NOCOMMENT.az

Seçilən
27
nocomment.az

1Mənbələr