“İsrail danışıqlar masasında yoxdur. Danışıqların nəticəsiz başa çatmasının əsas səbəbi odur ki, hər iki tərəf də özünü müharibənin qalibi kimi təqdim etməyə və qarşı tərəfə öz şərtlərini diktə etməyə çalışır”.
Vətəninfo.az xəbər verir ki, bunu daşıqları şərh edən zaman siyasi ekspert Şahin Nəcəfov bildirib.
Ekspert qeyd edib ki,bu müharibənin çox böyük geosiyasi mənfi və müsbət tərəfləri olsa da, qalibi yoxdur:
“ABŞ, İsrail, İran – hər bir dövlətin özünə görə çox böyük itkiləri və zərərləri var.
Venesuela prezidenti Maduronu “yağdan tük çəkən kimi” yatağından oğurlatdıran ABŞ prezidenti Trampın İranla 40 günlük müharibədən sonra “sabah böyük bir sivilizasiya tarixə dönəcək” hədəsi, əslində, çarəsizlikdən doğan isterika idi.
Dünyaya örnək göstərilən Amerika dəyərləri sabun köpüyü kimi dağıldı. Möhtəkir, alverçi, zorba və miskin ABŞ prezidenti Tramp və komandası bunu bacardı.
Hamı gördü ki, Amerika təhlükəsiz liman, dəyərlərə hörmət edən etibarlı tərəfdaş və güvəniləcək müttəfiq deyil. Bu savaş Əfqanıstan və ya Vyetnam savaşı deyil; Amerika heç vaxt indiki qədər tənha və hörmətsiz vəziyyətə düşməmişdi.
ABŞ-ın rəhbərlik etdiyi NATO belə, nəinki hərbi, heç siyasi və mənəvi dəstək də göstərmədi. Çünki bu savaş ideoloji, psixoloji və siyasi əsasları yaradılmadan, müttəfiqlərlə məsləhətləşmələr və hazırlıqlar aparılmadan, əks-təsirlər və alınan nəticələrə görə atılacaq sonrakı addımlar hesablanmadan həyata keçirilən, dövlət adına yaraşmayan bir “gece basqını” idi.
Vətəndaşları qarşısında məsuliyyəti və hesabatı olan heç bir normal dövlət bu gecə basqınını dəstəkləyə və tərəf ola bilməzdi. Görün odur ki, ABŞ-ın itirilmiş nüfuzunu və etibarını geri qazanmaq üçün ağlı başında olan prezidentə və uzun illərə ehtiyacı olacaq. Qəzzada törətdiyi vəhşilik və soyqırımdan sonra Netanyahu hökumətinin ABŞ-ı İranla müharibəyə təhrik etməsi bardağı daşıran son damla oldu.
Netanyahu hökuməti və İsrail bu gün Hitler Almaniyasının 1939-cu ildəki faşist və saldırqan ruhunu kölgədə qoyublar.
“Vəd olunmuş torpaqlar”, “seçilmiş millət”, miflər və yalançı rəvayətlərə düşüncələrini təslim etmiş yəhudi milləti isterik bir dönəm yaşayır. Onlar üçün bir “seçilmiş yəhudi milləti” var, bir də acımadıqları və qurbanlıq kimi baxdıqları dünyanın digər qismi…
Nethanyahu höküməti barışı və sülhü inkar edir. Onlar dünyanın istənilən yerində yaşaya, pul və uğur qazana bilərlər, amma mifik “Böyük İsraildə” yalnız onlar yaşamalıdırlar. Digər millətlərə o torpaqlarda həyat və perspektiv olmamalıdır.
Nethanyahu hökümətinin bu axmaq siyasətindən ən cox əziyyət cəkən də elə yəhudi xalqıdır. Fələstin qətliamı, Livan, Suriya və İrana gecə basqınları ilə Netanyahu hökuməti İsraili terrorçu və saldırqan bir dövlət kimi tanıtdı.
Bu gün, hamıya gün kimi aydındır ki, İsrail qurban deyil”.Ekspertin sözlərinə görə,dünyanın harasıdır ki, İran “Böyük İsrail” azğınlığının qarşısında son qala kimi görünür:
“Əsas siyasi və hərbi rəhbərliyini, hava məkanına nəzarəti itirmiş, hərbi və iqtisadi strukturu ciddi dağıntılara məruz qalmış İranın özünü toparlaması üçün uzun zaman və böyük maliyyəyə ehtiyacı olacaq.
Dünya iqtisadiyyatına önəmli təsiri olan Hörmüz boğazını davamlı olaraq təzyiq vasitəsi kimi istifadə etmək mümkün olmayacaq; dünya buna razı olmaz.
İran sərt ritorikadan imtina etməli, mütərəqqi dünya ilə birbaşa və açıq dialoqa girməlidir. Din pərdəsi altında qonşu dövlətlərdə təsir dairələri yaratmaqdan çəkinməlidir.
Azad olmayan cəmiyyət inkişaf edə bilməz. Vətəndaş cəmiyyətinə basqıların və edamların davam etməsi İranı daxildən daha da sarsıdar .
İranda hakimiyyət və rejim dəyişikliyi qaçılmazdır.
Bunun parçalanma və yad təsirlər olmadan baş verməsi qonşu ölkələr daxil olmaqla hamının çıxarına olar.
Bu savaş müddətində Türkiyə hökuməti Suriya və İraqda səmərəli fəaliyyət göstərdi. Kürd qüvvələrinin İran savaşına daxil olmasını bacardığı qədər əngəlləyə bildi. Bu, savaşın taleyinə təsir göstərən və bölgəmizin xaosa sürüklənməsinə mane olan ciddi bir həmlə idi.
Pəhləvi, şahlıq və fars millətçiliyi özünün sonuncu rolunu oynadı və ciddi uğursuzluqla, yəqin ki, həmişəlik siyasi zibilliyə atıldı.
Təbriz öz ağlı ilə yeni İranın əsas qurucu və sabit gücü kimi mərkəzdə yer qazanmağı haqq etdi.
Bakı, Ankara və İslamabad regionun yenidən şəkillənməsində uğurlu əməkdaşlıqlarının yavaş-yavaş bəhrəsini görməkdədirlər.
ABŞ, İsrail və İran üçün — bu gündən sonra istənilən nəticədən asılı olmayaraq, heç nə eskisi kimi olmayacaq”.