AZ

Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO

Bu gün Gəncə və ətraf şəhər, rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində pravoslav xristianlar gecə saatlarından etibarən məbədə toplaşaraq İsa Məsihin dirilməsini simvolizə edən müqəddəs bayramı qeyd edirlər.
 

Bayram münasibətilə keçirilən dini ayinlər zamanı ölkəmizdə daimi sülhün, əmin-amanlığın və firavanlığın hökm sürməsi üçün dualar olunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.


Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda 200-ə yaxın pravoslav ailə yaşayır.

Onlar hər il ənənəvi olaraq Aleksandr Nevski kilsəsinə toplaşaraq dini bayramlarını və mərasimlərini birgə qeyd edirlər.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
8
1
bizim.media

10Mənbələr