AZ

Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı xeyli azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azalaraq, 45 milyon 855 min 40 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Rusiyaya elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44,3 faiz azalaraq, 15 milyon 388 min 110 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə artmayaraq, 1 milyard 477 milyon 361 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 4 milyard 229 milyon 159 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 17 milyard 964 milyon 404 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
5
11
turkic.world

10Mənbələr