AZ

Türkiyənin Misirə sement ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Misirə sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 113 milyon 465 min 540 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Misirə sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz azalaraq, 36 milyon 968 min 360 dollara çatdırıb.

Qeyd edək ki,2026-cı ilin mart ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 377 milyon 665 min dollara bərabər olub.

Bu barədə VOA- ya Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq,1 milyard 29 milyon 94 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 4 milyard 512 milyon 224 min dollar məbləğində sement ixrac edib.

Seçilən
15
32
turkic.world

10Mənbələr