AZ

ABŞ və İran ən azı iki əsas məsələdə razılığa gələ bilməyiblər - KİV

İslamabadda keçirilən danışıqlarda ABŞ və İran ən azı iki əsas məsələdə - nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər.

"Ölkə.az" bu barədə Axios-a istinadən xəbər verir.

Nəşr bildirir ki, fikir ayrılıqları İranın Hörmüz boğazına nəzarət tələbi və zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəməməsi ilə bağlı olub.

İranın Tasnim xəbər agentliyi də Tehranın uran ehtiyatlarının çıxarılması tələbini rədd etdiyini bildirmişdi. "Financial Times" qəzeti Hörmüz boğazı ilə bağlı danışıqların dalana dirəndiyini yazmışdı.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai İran və Amerika nümayəndə heyətlərinin iki və ya üç əsas məsələdə kompromisə gələ bilmədiklərini təsdiqləyib . Diplomat vurğulayıb ki, birinci raundda konsensus gözlənilməməli idi və danışıqların davam edəcəyinə ümid etdiyini bildirib.

Elvin

Ölkə.az

Seçilən
42
50
olke.az

10Mənbələr