AZ

ŞOK İDDİA: İranın nüvə arsenalı məhv edilməyib

ABŞ və İsrailin endirdiyi zərbələrdən sonra İran öz nüvə potensialının əhəmiyyətli hissəsini qoruyub saxlamağı bacarıb ki, bu da rəsmi Tehranın danışıqlardakı mövqeyini gücləndirir.

Musavat.com xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bir sıra laboratoriya və obyektlərin məhv edilməsinə baxmayaraq, Tehranın əlində uranın zənginləşdirilməsini davam etdirə biləcəyi sentrifuqalar və yeraltı güclər qalıb.

Burada əsas faktor kimi demək olar ki, silah dərəcəsinə qədər zənginləşdirilmiş təxminən 450 kq uran ehtiyatı göstərilir.

MAQATE-nin məlumatına əsasən, bu ehtiyatların bir hissəsi İsfahandakı obyektin altındakı tunellərdə saxlanılır.

Qeyd olunur ki, hava zərbələri tədqiqat mərkəzlərinə, "sarı keks" istehsalı infrastrukturuna və nüvə proqramı ilə bağlı digər obyektlərə zərər vursa da, proqramı tamamilə məhv etmək mümkün olmayıb.

Natanz rayonundakı bəzi yeraltı obyektlərin hətta ABŞ-nin ən güclü silahları üçün belə əlçatmaz qaldığı bildirilir.

Ekspertlərin qiymətləndirməsinə görə, xüsusilə Hörmüz boğazına nəzarət fonunda bu amil İrana ABŞ-yə qarşı əlavə təzyiq rıçaqı verir. Hazırda Vaşinqton uranın zənginləşdirilməsindən tam imtina tələbini davam etdirir, Tehran isə öz proqramının müstəsna olaraq dinc xarakter daşıdığında israr edir.

Musavat.com

Seçilən
4
50
musavat.com

10Mənbələr