AZ

ABŞ və İran niyə razılığa gəlmədi? İki kritik məqam

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İran və ABŞ arasındakı danışıqlardakı fikir ayrılıqları Tehranın Hörmüz boğazına nəzarəti davam etdirmək tələbləri ilə bağlı idi”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı bir mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, Vaşinqton respublikanın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsində israr edib.

“Tərəflər yekun razılığa gələcəyini gözləmirdilər, lakin amerikalılar gələcək danışıqlar üçün təkan qazanmağa ümid edirdilər”, – deyə nəşr qeyd edib.

Qeyd edək ki, aprelin 11-də ABŞ və İran qrupları Pakistanın vasitəçiliyi ilə 20 saatdan çox davam edən danışıqlar apardılar. Görüşdə Hörmüz boğazı, nüvə proqramı, sanksiyaların ləğvi və regionda hərbi əməliyyatlara son qoyulması ilə bağlı məsələlər müzakirə edildi.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
50
globalinfo.az

10Mənbələr