AZ

Xaçmazda pravoslav xristianlar Pasxa bayramını qeyd edir - FOTO

Xaçmaz rayonunda pravoslav xristian icması Pasxa bayramını qeyd edir.

APA-nın bölgə müxbirinin xəbərinə görə, bayram münasibətilə rayon ərazisində yerləşən Müqəddəs Möcüzəyaradan Nikolay kilsəsində dini ayinlər icra olunur.

İcma üzvləri kilsəyə toplaşaraq dua edir, şamlar yandırır və bayram münasibətilə bir-birini təbrik edirlər.

Bildirilib ki, Pasxa xristian dünyasının ən mühüm dini bayramlarından biri hesab olunur və İsa Məsihin dirilişini simvolizə edir.

Bayram münasibətilə sakinlər evlərində də ənənəvi olaraq müxtəlif şirniyyatlar hazırlayır, boyanmış yumurtalarla süfrələrini bəzəyirlər.

Qeyd edək ki, Pasxa hər il müxtəlif tarixlərdə qeyd olunur və xristian dünyasında xüsusi əhəmiyyət daşıyır.

Xanım Məmmədova

Xaçmazda Xaçmazda Xaçmazda Xaçmazda Xaçmazda Xaçmazda Xaçmazda
Seçilən
14
14
apa.az

10Mənbələr