“Kızılcık şerbeti” serialında canlandırdığı “Nilay” obrazı ilə tanınan Feyza Civelek haqqında səsləndirilən iddialara cavab verib.
Musavat.com-un xəbərinə əsasən, Senem Aydının proqramında iştirak edən Civelek uğurlarını yalnız anası sayəsində əldə etdiyi barədə səsləndirilən fikirlərə münasibət bildirib.
Aktrisa bu iddiaların onu incitdiyini, lakin artıq buna sadəcə gülümsəyib keçdiyini deyib.
Feyza Civelek bildirib:
“Haqqımda deyilən ən ədalətsiz fikir “Anasının sayəsində bu yerlərə gəlib” sözüdür. Bu sözlər məni incidir, amma artıq buna gülüb keçirəm.
Serialın dördüncü mövsümü yayımlanır, artıq anam haqda danışılmaması lazımdır. Əgər hələ də bu mövzu aktualdırsa, deməli, məni qısqanırlar.
Anamın mənə qapı açdığı doğrudur. Amma o qapıdan öz addımlarımla, gücümlə keçmişəm”.
Aktrisa öz peşəkarlığına güvəndiyini də xüsusi qeyd edib:
“Əgər yaxşı oynamasan, bu qədər göz önündə olub belə bir rolu daşıya bilməzsən. Haradasa mütləq zəif tərəfin üzə çıxardı.
Əgər bu qədər danışırlarsa, klaviaturanı kənara qoyub gedib özləri aktyorluq etsinlər. Mən artıq belə lazımsız fikirləri ciddi hesab etmirəm”.
Musavat.com