AZ

Macarıstanda parlament seçkiləri: səsvermə prosesinə start verildi

Macarıstan bu gün parlament seçkiləri üçün səsvermə mərhələsinə başlayıb. Ölkə üzrə seçicilər 199 yerlik parlamentdə təmsil olunacaq namizədlər arasında seçim edirlər.

BAKU.WS xəbər verir ki, seçkilərin əsas intriqası hazırkı baş nazir Viktor Orban rəhbərlik etdiyi "Fides" partiyasının hakimiyyətdə qalaraq-qalmayacağı ilə bağlıdır.

Bu partiya ənənəvi olaraq Xristian Demokratik Xalq Partiyası (KDNP) ilə ittifaq şəklində seçkilərə qatılır.

Digər tərəfdən, müxalifətdə olan "Tisza" partiyası da seçkilərdə əsas rəqib kimi çıxış edir və hakimiyyət uğrunda mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla saat 19:00-a qədər açıq olacaq və nəticələrin günün sonunda açıqlanması gözlənilir.

Seçilən
19
19
far.az

10Mənbələr