AZ

Salyanda yol qəzası olub, ölən var 

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır xəsarət alıb və xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
10
14
unikal.az

10Mənbələr