AZ

Binəqədidə evlərdən oğurluq edən keçmiş məhkum yaxalanıb

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. DİN-in mətbuat xidmətindən SİA-ya bu barədə məlumat verilib.

Bildirilib ki, Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 min 50 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib. Araşdırmalar davam etdirilir.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
sia.az

10Mənbələr