AZ

"Fənərbaxça" "Kayserispor"a qələbə çalıb

Türkiyə Super Liqasında XXIX tur davam edir.

"Cebheinfo.az" xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.

Komanda "Kayserispor"la qarşılaşıb. Görüş "sarı-lacivərdlilər"in üstünlüyü ilə keçib.

Hesab ilk hissənin sonunda açılıb. Nqolo Kante fərqlənib. İkinci yarıda Anderson Talişka və Dorgeles Nene adlarını tabloya yazdırıblar. Matçın sonlarında braziliyalı dubl müəllifi olub - 4:0.

Qeyd edək ki, "Fənərbaxça" 66 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

"Cebheinfo.az"

Seçilən
13
7
cebheinfo.az

10Mənbələr