AZ

Tərtərdə 27 yaşlı gənc kafedə bıçaqlanaraq öldürüldü

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tərtərdə ölümlə nəticələnən ağır bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.

Məlumata görə, Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Nadil Aslanov kafedə naməlum şəraitdə hücuma məruz qalıb.

Bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan yaralı dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 27 yaşlı gənc yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
4
qafqazinfo.az

3Mənbələr